BAKI, 4 mart. TELEQRAF
“ABŞ Prezidenti Donald Tramp diplomatiya və onu seçən amerikalılara xəyanət etdi”.
Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi sosial mediada yazıb.
“Mürəkkəb nüvə danışıqları daşınmaz əmlak sövdələşməsi kimi qəbul edildikdə və böyük yalanlar reallın üzərinə bulud kimi çökdükdə, qeyri-real gözləntilər heç vaxt gerçəkləşə bilməz. Nəticə? Danışıqlar masasının pis niyyətlə bombalanması. Cənab Tramp diplomatiya və onu seçən amerikalılara xəyanət etdi”, - nazir bildirib.