AZ

Bank kartlarından vəsaitlərin qanunsuz çıxarılması rəqəmsal iqtisadiyyatın ən ciddi təhdidlərindən biridir Mütəxəssis

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

“Bank kartlarından vəsaitlərin qanunsuz çıxarılması müasir rəqəmsal iqtisadiyyatın ən ciddi təhdidlərindən biridir. Kiberhücumlardan 100 faiz texniki sığortalanmaq mümkün olmasa da, maliyyə itkilərini kompensasiya etmək üçün həm texniki qorunma, həm də hüquqi sığorta mexanizmləri mövcuddur. Azərbaycanda və beynəlxalq praktikada vətəndaşlar öz maliyyə vəsaitlərini konkret kiber-risklər üzrə sığorta etdirə bilərlər”.

Bunu 525.az-a  Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov deyib. Ekspert qeyd edib ki, kiber-sığorta çərçivəsində vətəndaşlar əsasən fişinq , sosial mühəndislik, kart məlumatlarının oğurlanması və saxta internet saytları vasitəsilə baş verən itkilər üzrə təminat alırlar:

“Maliyyə vəsaitlərini qorumaq üçün texniki təhlükəsizlik tədbirləri ilə sığorta həyata keçirilməlidir”.

Sevinc Qarayeva  

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
96
525.az

1Mənbələr