Karapetyanın ölkəyə xidmətlərini və hazırda "siyasi məhbus" olduğunu qeyd edən Tatoyan bildirib ki, Əsas Qanunun fərdlərə görə uyğunlaşdırılması Ermənistanın köhnə və zərərli siyasi ənənəsidir.
Xatırladaq ki, ikili vətəndaşlığı olan Samvel Karapetyan mövcud qanunvericiliyə görə baş nazir ola bilməz. O, 2025-ci ilin iyununda kilsəni dəstəklədikdən sonra həbs edilib, hazırda isə ev dustaqlığındadır. İş adamı özü barəsindəki "çirkli pulların yuyulması" ittihamlarını Paşinyan hökumətinin siyasi təzyiqi hesab edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31