AZ

Kiyevin planı: Trampı gözdən salır, Orbanı istefaya göndərir

Macarıstanın Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koşkoviç İranda gərginliyin artmasından sonra Ukrayna lideri Volodimir Zelenskinin yeni planını tənqid edib.

Publika.az “MK.ru”-ya istinadən xəbər verir ki, Koşkoviç Zelenskinin Yaxın Şərqdəki mövcud qeyri-sabitlikdən istifadə edərək Macarıstanın baş naziri Viktor Orbanın və ABŞ prezidenti Donald Trampın mövqelərini zəiflətməyə cəhd etdiyini iddia edib.

Onun sözlərinə görə, bu cür addımlar Kiyevin kritik vəziyyətdə olduğunu göstərir. “Zelenski Alyaskada əldə olunmuş sülh prosesindən imtina edir, ABŞ prezidenti Donald Trampı ən hörmətsiz şəkildə rədd edir”, - deyə Koşkoviç vurğulayıb.

Analitikin fikrincə, Kiyevin strategiyası İran məsələsində ABŞ lideri üçün süni problemlər yaratmağa, bununla da Konqres seçkilərində Respublikaçılar Partiyasının göstəricilərinə mənfi təsir göstərməyə yönəlib. Eyni zamanda Zelenski vəziyyətdən istifadə edərək Viktor Orbanın istefasına nail olmağa çalışır.

Seçilən
15
publika.az

1Mənbələr