AZ

Trampın boynundakı ləkə nə idi? - Həkimi danışdı

Donald Trampın boynunun sağ tərəfində müahidə olunan qırmızı ləkə ilə bağlı iddialar artır.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İranla bağlı məlumat verərkən müşahidə olunan bu yara Trampın sağlamlığı və aldığı müalicə ilə bağlı mübahisələrə səbəb olub. İnternetdə yayılan müzakirələrin ardından 79 yaşlı Trampın həkimi Şon Barbabella bu mövzu ilə bağlı açıqlama verib: 

"Prezident Tramp boynunun sağ tərəfində Ağ Ev həkimi tərəfindən təyin olunan qoruyucu məqsədli və olduqca geniş istifadə olunan bir krem tətbiq edir. Cənab Prezident bu müalicəni bir həftə boyunca davam etdirəcək və qızartının bir neçə həftə davam etməsi gözlənilir".

Həkimin açıqlaması Trampın həmin hissəyə krem istifadə etdiyini bildirir, lakin diaqnozla bağlı hər hansı bir məlumat vermir. Bu da spekulyasiyaların daha da artmasına səbəb olub.


Seçilən
17
manset.az

1Mənbələr