AZ

İspaniyanın Baş naziri Trampın təhdidlərinə “müharibəyə yox” sözləri ilə cavabVERDİ

İspaniyanın Baş naziri Pedro Sançes ABŞ Prezidenti Donald Trampın təhdidlərinə “müharibəyə yox” sözləri ilə cavab verib.

Redaktor.az xəbər verir ki, bu barədə "AFP" agentliyi məlumat yayıb.

“Yox müharibəyə!” – deyə İspaniya hökumət başçısı bildirib.

Sançes həmçinin vurğulayıb ki, İspaniya ABŞ və İsrailin İrana qarşı əməliyyatını dəstəkləmir və bunu fəlakət adlandırıb. Onun sözlərinə görə, bu mövqeni bir çox hökumətlər və milyonlarla vətəndaş bölüşür.

Beləliklə, Sançes İspaniyanın İrana qarşı əməliyyat üçün birgə idarə olunan hərbi bazalarından istifadə olunmasına icazə verməməsi ilə bağlı Trampın təhdidlərinə cavab verib. ABŞ prezidenti Madridin mövqeyini “dəhşətli” adlandırıb və ABŞ-nin istədiyi təqdirdə sadəcə gəlib bazalardan istifadə edə biləcəyini bəyan edib.

Aytəkin TOFİQQIZI

Seçilən
16
1
redaktor.az

2Mənbələr