AZ

Ümid edirəm ki, ÇL in 1/4 finalında qarşılaşacağıq

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Ümid edirəm ki, ÇL-in 1/4 finalında qarşılaşacağıq"

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində "Barselona"ya 0:3 hesabı ilə uduzduqları matç haqqında danışıb.

QOL.az xəbər verir ki, məğlubiyyətə baxmayaraq, "Atletiko" ilk görüşdə 4:0 hesablı qələbə qazandığı üçün mərhələ adlayan tərəf olub. 

Simeone isə Kataloniya təmsilçisi haqda müsbət fikirlər səsləndirib: 

"Çətin oyun keçirdik. Belə olacağını bilirdik. Amma istəyimizə nail olduq. "Barselona" bizə təzyiq göstərdi. Azarkeşlərimizn belə bir matça ehtiyacı var idi. Mən Hans -Diter Flikə ("Barselona"nın baş məşqçisi - red.) dedim ki, onlar möhtəşəm oynadılar. "Ümid edirəm ki, Çempionlar Liqasının 1/4 finalında qarşılaşacağıq".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
119
1
qol.az

2Mənbələr