AZ

Rusiyanın qaz daşıyan gəmisinin vurulmuş fotosu yayıldı

Aralıq dənizində Ukraynanın hücumuna məruz qalan Rusiya qaz daşıyıcısının görüntüləri internetdə yayılıb.

Herbiand.az xəbər verir ki, şəkil “OSINTtechnical” layihəsi tərəfindən X sosial media saytında dərc edilib.

Havadan çəkilmiş fotoşəkildə gəmiyə dəyən ziyan aydın görünür.

“OSINTtechnical” yazır ki, partlayış nəticəsində gəmi ikiyə bölünmək təhlükəsi ilə üzləşib.

Malta və Rusiya xilasetmə xidmətlərinin səyləri sayəsində gəmidə olan 30 Rusiya vətəndaşının hamısı xilas edilib.

Seçilən
76
herbiand.az

1Mənbələr