Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
İrana məxsus “Iris Dena” gəmisi Şri-Lanka sahillərində sualtı qayıq hücumuna məruz qalıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” Şri-Lankanın Hərbi-Dəniz Qüvvələri və Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Hücum nəticəsində 78 nəfərin xəsarət aldığı, daha 101 nəfərin itkin düşdüyü bildirilir.
Qeyd edək ki, daha əvvəl gəminin Şri-Lanka sahillərində həyəcan siqnalı göndərdiyi barədə xəbər yayılmışdı. Hadisə nəticəsində 30 nəfərin xilas edildiyi və onların xəstəxanaya çatdırıldığı bildirilirdi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.