AZ

Sualtı qayıq İran gəmisinə hücum edib: 100-dən çox...

İrana məxsus “Iris Dena” gəmisi Şri-Lanka sahillərində sualtı qayıq hücumuna məruz qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” Şri-Lankanın Hərbi-Dəniz Qüvvələri və Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb. 

Hücum nəticəsində 78 nəfərin xəsarət aldığı, daha 101 nəfərin itkin düşdüyü bildirilir.

Qeyd edək ki, daha əvvəl gəminin Şri-Lanka sahillərində həyəcan siqnalı göndərdiyi barədə xəbər yayılmışdı. Xilas edilən 30 nəfərin xəstəxanaya çatdırıldığı bildirilirdi.

"Cebheinfo.az"

Seçilən
19
2
cebheinfo.az

10Mənbələr