AZ

Hörmüz böhranı Avropa üçün Bakının əhəmiyyətini bir daha göstərdi - Fazil Mustafa

Ötən gün Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı qeyd edib ki, Azərbaycan Avropanın enerji bazarında mövcudluğunu genişləndirmək niyyətindədir. Eyni zamanda dövlət başçısı vurğulayıb ki, Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır.

Redaktor.az-a açıqlama verən Milli Məclisin komitə sədri, deputat Fazil Mustafa bildirdi ki, hazırkı dövrdə daha böyük imkanlar yaranır:

"Amerika-İsrail-İran savaşı fonunda Hörmüz boğazında baş verənlər və orada nəqliyyat intensivliyinin pozulması Azərbaycanın bir sabit ölkə kimi Avropaya ən uyğun əməkdaşlıq partnyoru olduğunu göstərən amillərdən biridir. O baxımdan da, prezidentin çıxışında əslində bu istiqamət dolayısı yollarla öz ifadəsini tapır. Azərbaycan həm də indiyə qədər bağladığı bütün müqavilələrə, götürdüyü öhdəliklərə sadiq ölkə kimi tanınır, yəni etibarlı və sözünün çəkisi olan ölkə kimi tanınır. Bu baxımdan da fikrimcə, belə bir məsələdə hansısa narahatedici amil gündəmdə olmamalıdır".

Aytəkin TOFİQQIZI

Seçilən
61
1
redaktor.az

2Mənbələr