ain.az, Azertag portalına istinadən məlumat verir.
Astara, 4 mart, AZƏRTAC
Azərbaycan sərhədindən keçid imkanının yaradılması barədə məlumatı televiziya vasitəsilə əldə etdim. Həm İran, həm də Azərbaycan telekanallarını izləyib və sərhəddə xarici vətəndaşların buraxılması ilə bağlı məlumatları oradan öyrəndim.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə olunan Azərbaycan vətəndaşı Əli İsmayılov bildirib.
“Televiziyada sərhəddən xarici vətəndaşların keçidinə icazə verildiyini gördüm. Daha sonra Azərbaycandakı qohumlarımızla əlaqə saxladıq. Onlar da vəziyyətin sabit olduğunu və gələ biləcəyimizi dedilər. Bundan sonra yola düşmək qərarı verdik”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, İran tərəfində sərhədə doğru hərəkət edərkən hər hansı ciddi təhlükə ilə üzləşməyiblər.
O qeyd edib ki, hazırda İrandan çıxanların sayı əvvəlki günlərlə müqayisədə azalıb və bu da hərəkəti nisbətən rahatlaşdırıb. “Əvvəllər daha çox insan çıxmağa çalışırdı. İndi isə nisbətən sakitlikdir və sərhədə gəlmək daha rahatdır”, – deyə o vurğulayıb.
İlkin Adıyev – müxbir


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.