AZ

"Təhsil yalnız sinif otağında baş verən proses deyil" - "TəhsilPlus" kartı alan MÜƏLLİM

Bu gün “TəhsilPlus kartı: təhsil işçiləri üçün yeni imkanlar” adlı tədbirdə bir sıra müəllimlərə "TəhsilPlus" kartları təqdim olunub.

Zəngilan şəhəri 33 nömrəli məktəbin ingilis dili müəllimi, Elm vəTəhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova Redaktor.az-a açıqlamasında bildirdi ki, o, “TəhsilPlus” kartının istifadəyə verilməsini çox müsbət təşəbbüs hesab edir:

"Bu gün ilk kart təqdim olunan müəllimlərdən biri olmaq mənim üçün həm xoş, həm də məsuliyyətli bir hiss idi. Açığı, müəllim əməyinə diqqət göstərən belə addımlar insanı motivasiya edir. Düşünürəm ki, bu cür layihələr müəllimlərin və ümumilikdə təhsil ictimaiyyətinin sosial imkanlarını genişləndirmək baxımından vacibdir. Təhsil yalnız sinif otağında baş verən proses deyil. Müəllimlərin kitab, mədəniyyət, müxtəlif xidmətlər və digər imkanlara daha əlçatan çıxışı onların peşəkar və şəxsi inkişafına da müsbət təsir göstərir. Əlbəttə, bu təşəbbüsün real faydasını zaman göstərəcək. Amma başlanğıcın özü ümidvericidir. Əgər kartın təqdim etdiyi imkanlar davamlı şəkildə genişləndirilsə və müəllimlər üçün həqiqətən praktik üstünlüklər yaratsa, bu, təhsilə verilən dəyərin gözəl nümunələrindən biri ola bilər. Bu gün kartı qəbul edərkən bir daha düşündüm ki, müəllimə göstərilən hər diqqət əslində gələcəyə göstərilən diqqətdir".

Nuriyyə NATİQQIZI

Seçilən
21
1
redaktor.az

2Mənbələr