AZ

İran freqatına sualtı qayıq hücumu nəticəsində 101 nəfər itkin düşüb

Şri-Lanka sahillərində İran freqatına sualtı qayıq hücumu nəticəsində 101 nəfər itkin düşüb. Reuters agentliyi Şri-Lanka Müdafiə və Dəniz Qüvvələri Nazirliyindəki mənbələrə istinadən xəbər verir ki, ən azı 78 nəfər yaralanıb.

Freqatı vuran sualtı qayığın kimliyi məlum deyil. Daily Mirror qəzetinin məlumatına görə, sualtı qayığın hədəfi Mouj sinifli IRIS Dena freqatı olub. O, İran Hərbi Dəniz Qüvvələrinin Cənub Donanmasına təyin edilib və bu yaxınlarda Hindistanda dəniz təlimlərində iştirak edib. Gəmidə ən azı 180 nəfər olub, onlardan 30-u xilas edilərək xəstəxanaya aparılıb.

Əziz MUSTAFA

Seçilən
9
oxumeni.az

1Mənbələr