AZ

İranın zərbələri Yaxın Şərqdə ABŞ-nin radar sistemlərini sıradan çıxarıb

Peyk görüntüləri regiondakı bir neçə ABŞ raketdən müdafiə radar stansiyasının zərbə aldığını göstərir...

Poliqon xəbər verir ki, peyk görüntülərinə əsasən İranın son raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar Yaxın Şərqdə ABŞ-nin raketdən müdafiə sistemlərinin bir neçə mühüm radar obyektinə ziyan vurub.

Məlumata görə, Qatar ərazisində yerləşən və ABŞ hərbi qüvvələrinin əsas bazalarından biri sayılan Əl-Udeyd aviabazası yaxınlığındakı erkən xəbərdarlıq radar sistemi zərbə alıb. Söhbət təxminən 1,1 milyard dollar dəyərində olan AN/FPS-132 erkən xəbərdarlıq radarından gedir. Məlumatlara görə, obyekt İran zərbələri nəticəsində zədələnib.

Eyni zamanda Səudiyyə Ərəbistanı ərazisində yerləşən AN/TPY-2 tipli radar stansiyası da zərbəyə məruz qalıb. Peyk görüntülərində radarın yerləşdiyi anqarın tamamilə yanaraq məhv olduğu görünür.

İordaniya ərazisində isə Muvaffaq Salti aviabazası yaxınlığında yerləşən AN/TPY-2 radar stansiyasının zədələndiyi bildirilir. Peyk şəkillərində obyektin ətrafında dağıntı və zərər izlərinin olduğu müşahidə edilir.

Bundan əlavə, Birləşmiş Ərəb Əmirlikləri ərazisində ABŞ hərbi obyektlərinin yerləşdiyi ərazi yaxınlığında AN/TPY-2 radar sistemi və THAAD raketdən müdafiə kompleksi ilə əlaqəli infrastrukturun da zərər gördüyü bildirilir. Hücum nəticəsində yaxınlıqdakı bir neçə bina və texniki obyektə də ziyan dəyib.

Hərbi analitiklər qeyd edirlər ki, regiondakı bu radar sistemləri ABŞ-nin ballistik raketlərə qarşı müdafiə arxitekturasının əsas elementlərindən hesab olunur. Bu obyektlərin zədələnməsi Yaxın Şərqdə hava və raketdən müdafiə imkanlarına təsir göstərə bilər.

Poliqon.info

Seçilən
100
50
poliqon.info

10Mənbələr