AZ

Naxçıvan idmançısı növbəti dəfə Azərbaycan çempionu olub

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvan, 4 mart, AZƏRTAC

Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Mərkəzində pauerliftinq və benç press üzrə Azərbaycan çempionatı keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yarışa Naxçıvandan qatılan idmançı Əli Əsgərov uğurlu nəticəyə nail olub. O, 93 kiloqram çəki dərəcəsində çıxış edib və 190 kiloqram ağırlığa tab gətirib. Bu göstərici ilə növbəti dəfə Azərbaycan çempionu olan Əli Əsgərova, eyni zamanda, muxtar respublikada pauerliftinq idman növünün inkişafında göstərdiyi xidmətlərə görə təşəkkürnamə təqdim olunub.

Qeyd edək ki, Əli Əsgərov Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşıdır. O, güc idman növləri üzrə (benç press) dünya, Avropa, Avrasiya, Azərbaycan çempionluğu və bir çox ölkə və dünya səviyyəli yarışların qalib və mükafatçısıdır.

Nail Əsgərov- müxbir

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
1
azertag.az

2Mənbələr