AZ

İrandakı 253 Rusiya vətəndaşı Azərbaycan vasitəsi ilə təxliyə edilib

Moskva, 4 mart, AZƏRTAC

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, 253 Rusiya vətəndaşı Azərbaycan vasitəsilə İrandan geri qaytarılıb.

AZƏRTAC xəbər verir ki, bu məlumatı verən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, martın 3-nə qədər 31 Rusiya vətəndaşı Ermənistan vasitəsilə İranı tərk edib, səkkiz nəfər isə İran-Türkmənistan sərhədini keçib. Rusiya vətəndaşlarının təhlükəsiz şəkildə geri qaytarılması üçün səylər davam edir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, Rusiya öz vətəndaşlarının müvafiq quru sərhədlərindən maneəsiz şəkildə çıxmasını təmin etmək üzrə göstərdikləri köməyə görə Azərbaycan, Ermənistan və Türkmənistana minnətdarlığını bildirir.

O, həmçinin qeyd edib ki, martın 3-də İrandakı Rusiya səfirliyi işçilərinin ailə üzvlərinin böyük qrupu təcili olaraq Azərbaycana göndərilib və daha sonra təyyarə ilə Moskvaya yola salınıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
10
2
azertag.az

3Mənbələr