AZ

32 yaşında nazir təyin olundu... – Fərid Bağırzadənin DOSYESİ

Fərid Talətdin oğlu Bağırzadə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin olunub.
 

MÖVZU İLƏ BAĞLI: 

Fərid Bağırzadə nazir təyin edildi


Bizim.Media Fərid Bağırzadənin dosyesini təqdim edir:

Fərid Bağırzadə 1994-cü ildə Bakı şəhərində anadan olub. 2016-cı ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformasiya texnologiyaları ixtisası üzrə bakalavr pilləsini bitirib.

2021-ci ildə Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin İdarəetmədə informasiya sistemləri ixtisası üzrə magistr dərəcəsi alıb.
 

2016-2018-ci illər ərzində “Azeri Retail” Məhdud Məsuliyyətli Cəmiyyətinin Əmtəə dövriyyəsi və logistika departamentində, 2019-2023-cü illər ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyində müxtəlif vəzifələrdə çalışıb. DOST Agentliyinin Maliyyə və mühasibatlıq departamentinin Aktivlərin uçotu şöbəsinin müdiri vəzifəsində işləyib.


Daha sonra Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri vəzifəsində işləyib.

Nazir təyinatına qədər isə F.Bağırzadə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edirdi.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Bizim.Media

Seçilən
1
13
bizim.media

10Mənbələr