AZ

Bakı-Quba avtomobil yolunda yük maşınının aşması nəticəsində xəsarət alanların son durumu açıqlanıb - YENİLƏNİB

Bakı-Quba avtomobil yolunda yük maşınının aşması nəticəsində xəsarət alan şəxslərin son durumu açıqlanıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin və Sumqayıt Tibb Mərkəzindən "Far.Az"a verilən məlumata görə, bu gün saat 12:20 radələrində yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub.

Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 kişi müştərək travma diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunublar.

Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin hazırda müalicəsi davam etdirilir. Onlardan 1 nəfərin vəziyyəti stabil, digərinin isə ağır qiymətləndirilir.

Bakı–Quba avtomobil yolunda yük maşını aşıb, xəsarət alanlar var.

"Far.Az"un yerli bürosu xəbər verir ki, hadisə yolun Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan yük avtomobili idarəetməni itirərək aşıb.

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıblar.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri və polis əməkdaşları cəlb olunub. Təhlükəsizlik tədbirləri görülüb, yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
37
2
far.az

3Mənbələr