AZ

Trampa sui-qəsd təşkil edən SEPAH rəsmisi İsrail tərəfindən öldürüldü

İsrail SEPAH-ın xüsusi əməliyyatlar şöbəsinin rəhbərini məhv edib

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

İsrail ordusunun həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi əməliyyatlar şöbəsinin rəhbəri Rəhman Moqadam zərərsizləşdirilib.

Rəhman Moqadam hərbi dairələrdə kifayət qədər tanınan və strateji əhəmiyyətli şəxs hesab olunurdu. Məlumata görə, o, 2024-cü ildə ABŞ-da keçirilən prezident seçkiləri ərəfəsində Donald Trampa qarşı təşkil edilən sui-qəsd cəhdinin arxasında duran əsas şəxs idi.

İsrail tərəfi bu əməliyyatla İranın hərbi rəhbərliyinə növbəti ağır zərbəni vurmuş oldu. Hazırda hadisə ilə bağlı rəsmi Tehranın verəcəyi reaksiya beynəlxalq ictimaiyyət tərəfindən yaxından izlənilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
17
interpress.az

1Mənbələr