AZ

Aralıq dənizdə Rusiya tankeri vuruldu

Aralıq dənizində mayeləşdirilmiş təbii qaz tankeri "Arctic Metagaz"da yanğın baş verib. Məlumata görə, gəmi Arctic LNG 2 layihəsindən məhsul daşıyırmış.

"Unikal" "Reuters" agentliyinə istinadən xəbər verir ki,  gəmi ABŞ və Böyük Britaniyanın sanksiyaları altındadır və Rusiya bayrağı altında üzür. 

Yanğına baxmayaraq, tankerin heyəti heç bir təhlükə siqnalı göndərməyib. Gəminin heyətinin və ya yükünün vəziyyəti barədə heç bir məlumat yoxdur.

Qeyd olunur ki, Ukrayna PUA ilə tankerə hücum həyata keçirib. 

Gülayə Mecid 

Seçilən
49
unikal.az

1Mənbələr