AZ

"Zelenskidən kəmər yoxlamalarına icazə verməsini tələb edirik" - Orban

Macarıstan “Drujba” neft kəməri ilə bağlı komissiya yaradır.

Redaktor.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban M1 televiziyası ilə yayımlanan video müraciətində bildirib.

Onun sözlərinə görə, hökumət Macarıstan Energetika Nazirliyinin dövlət katibi Qabor Çepekin rəhbərliyi ilə neft kəmərinin bağlanması hallarını araşdırmaq üçün komissiya yaratmaq qərarına gəlib.

“Onun vəzifəsi "Drujba" neft kəmərinin real vəziyyətini yerində qiymətləndirməkdir. Biz Prezident Zelenskidən müfəttişlərimizin Ukraynaya daxil olmasına və kəməri yoxlamalarına icazə verməsini tələb edirik”, – deyə Orban vurğulayıb.

Baş nazir əlavə edib ki, Macarıstan mümkün təxribat və hücumları nəzərə alaraq ölkədəki onlarla mühüm enerji obyektinin təhlükəsizliyini də gücləndirib.

Aminə ŞAHSUVARQIZI

Seçilən
83
1
redaktor.az

2Mənbələr