ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
“Uşaqlar çox vaxt evdə hazırlanan yeməklərdən daha çox restoran və “fast food” seçimlərinə üstünlük verirlər”.
“Cebheinfo.az” xəbər verir ki, bunu 4 mart - Dünya Piylənmə Günü ilə bağlı “İnsagram” sosial şəbəkəsində keçirilən canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə bildirib.
O qeyd edib ki, bunun müxtəlif səbəbləri var:
“Məsələyə müstəqil düşüncə formalaşdıran bir fərdin baxışı ilə yanaşdıqda, onların seçimlərini müəyyən qədər anlamaq mümkündür. Əgər evdə qidalanma eyni menyu və eyni təqdimatla davamlı şəkildə təkrarlanırsa, yemək prosesi monoton və maraqsız hala gəlir.
Bu zaman uşağın ev yeməyinə marağı təbii olaraq azalır. Rəngarənglik, təqdimat və dad müxtəlifliyi olmadıqda, daha cəlbedici görünən kənar qidalar üstünlük qazanır”.
Gülər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.