AZ

İran Xameneinin planını işə saldı 12 günlük toqquşmadan sonra hazırlanıb

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“İranın sabiq Ali Rəhbəri Ayətullah Əli Xamenei və onun yüksək rütbəli komandirləri tərəfindən şəxsən hazırlanmış hərbi planın həyata keçirilməsinə başlanıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti mənbələrinə istinadən məlumat yayıb.

“Xamenei və onun silahdaşları planı 2025-ci ilin iyun ayında, İsrail və İran arasında 12 günlük hərbi toqquşmadan sonra hazırlamağa başlayıblar. Burada əsas məqsəd ABŞ və İsrailə hücumları dayandırmaq üçün təzyiq göstərməkdir.

Bundan əlavə, plana enerji obyektlərinə və regionda hava nəqliyyatını poza biləcək zərbələr endirmək daxildir”, – deyə nəşr yazıb.

Qeyd edək ki, Əli Xamenei 1 mart gecəsi ABŞ-İsrail hücumu zamanı öldürülüb.

3 martda onun oğlu Müctəba Xameneini İranın yeni Ali Lideri təyin etdiyini bildirilib. Lakin bu məlumatın rəsmi təsdiqi olmayıb.

Əliyar Xəlil

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
globalinfo.az

1Mənbələr