
ABŞ və İsrailin İrana hücumları fonunda İraq hava məkanının bağlı qalma müddətini daha 72 saat uzadıb.
Missiya.Az xəbər verir ki, bu barədə İraq Mülki Aviasiya İdarəsi məlumat yayıb. Bildirilib ki, Yaxın Şərqdə artan gərginlik səbəbindən məhdudiyyət şənbə günü saat 12:00-dək qüvvədə olacaq.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail tərəfindən İrana qarşı hərbi əməliyyatlara başlanılıb. İran cavab olaraq İsrailə, həmçinin ABŞ bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn ərazilərindəki hədəflərə zərbələr endirib.
İran Qızıl Aypara Cəmiyyəti hücumlar nəticəsində 787 nəfərin öldüyünü açıqlayıb.
Seyranə QuliyevaMissiya.Az