AZ

Uşaq endokrinoloqu: ”Uşaqlarda boy və çəki nisbəti yaşa görə dəyişir”

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

“Uşaqlarda piylənməni yalnız zahiri görünüşə əsaslanaraq dəyərləndirmək doğru deyil, bunun üçün xüsusi tibbi hesablamalar aparılmalıdır”.

“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

O qeyd edib ki, valideynlər bəzən artıq çəkili və ya piylənməsi olan uşaqları normal hesab edirlər və nəticədə həkimə müraciət gecikir:

“Halbuki uşaqlarda əsas qiymətləndirmə meyarı bədən kütlə indeksidir (BKİ). Ancaq bu göstərici böyüklərdə olduğu kimi eyni rəqəmlərlə ölçülüb dəyərləndirilmir. Çünki uşaqlarda boy və çəki nisbəti yaşa görə dəyişir. 

Buna görə də xüsusi şkala və faiz cədvəllərindən istifadə olunur. Əgər uşağın bədən kütlə indeksi 85-ci faiz göstəricisini keçirsə, bu artıq piylənmə riskindən xəbər verir”.

Gülər 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
1
cebheinfo.az

2Mənbələr