AZ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu qəzetlərə 660 min manat ödəyəcək - SİYAHI

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən müəssisələrin dövri mətbuata abunə yazılışına başlanılır.

"Yeni Sabah" İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı hazırlıqlar başa çatdırılıb. 

Məlumata görə, paytaxt məktəblərinin abunə yazılışı xidməti ilə bağlı ən uyğun qiyməti “Mətbuat Yayım” şirkəti təklif edib.

Belə ki, şirkət biri jurnal, digərləri qəzet olmaqla, ümumilikdə 10 media subyektinə abunə yazılışı üçün 660 072 manat ödəniş edilməsi təklifi ilə çıxış edib.

Hazırda təklif dəyərləndirilmə mərhələsindədir və yaxın günlərdə müqavilə bağlanacağı gözlənilir.

Xatırladaq ki, BŞTİ-nin müəssisələrinin dövri mətbuata abunə yazılışı ötən il 659 696 manata başa gəlib.


Telegram kanalımız
Seçilən
49
1
yenisabah.az

2Mənbələr