AZ

İsrail ordusu ölkənin içərilərinə girdi: bu şəhər ələ keçdi

İsrail qüvvələri Livanın cənubunda, sərhədə təxminən 6 kilometr məsafədə yerləşən Xiyam şəhərinə daxil olub.

Bu barədə Livan mediası məlumat yayıb.

Bildirilir ki, İsrail ordusu Livan-İsrail sərhədindən bir neçə kilometr içəriyə doğru irəliləyərək Xiyam şəhərində əhəmiyyətli mövqelər əldə edib.

İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, qoşunları Livanın cənubunda daha dərinə yerləşdirmək qərarı verilib.

“Bu, “Hizbullah”ın hücumlarına qarşı müdafiə mövqeyinin qurulması planının tərkib hissəsidir”, – məlumatda qeyd edilib.

Globalinfo.az

Seçilən
140
editor.az

1Mənbələr