AZ

Xameneinin xələfi nə vaxt elan ediləcək? AÇIQLAMA

ain.az bildirir, Modern.az saytına əsaslanaraq.

İranın Ekspertlər Şurası İslam Respublikasının yeni ali liderinin seçilməsi prosesinə başlayıb. ABŞ-İsrail hücumu nəticəsində öldürülmüş Ayətullah Əli Xameneinin xələfi ilə bağlı yekun qərar Şuranın katibliyi vasitəsilə elan ediləcək.

Modern.az xəbər verir ki, Ekspertlər Şurasının üzvü Mahmud Rəcəbi yeni ali liderin müəyyən edilməsi üçün işlərin başlandığını təsdiqləyib."İnqilab liderinin seçilməsi prosesi başlayıb və yekun qərar Ekspertlər Şurasının katibliyi vasitəsilə elan ediləcək", - o deyib.

Ekspertlər Şurası dövlətin ali liderinin təyin edilməsindən məsul olan məsləhətçi orqandır. O, səkkiz il müddətinə seçilən 88 ruhanisən ibarətdir.

Ölkə Konstitusiyasının 111-ci maddəsinə əsasən, ekspertlər hazırkı liderin ölümü, istefası və ya vəzifədən kənarlaşdırılması halında mümkün qədər tez yeni lider təyin etməyə borcludurlar.

Siyasi analitiklər mərhum Ayətullah Əli Xameneinin oğlu Müctəba Xameneini ali lider uğrunda mübarizədə ön sıralarda yer alan namizədlərdən biri kimi təqdim edirlər. Hətta onun artıq seçildiyi barədə söz-söhbət də dövriyyəyə buraxılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
modern.az

1Mənbələr