Tehranın şimal bölgəsi olan Ləvasanda vurulmuş düşmən təyyarəsinin 2 pilotunun katapult etdiyi anlar qeydə alınıb.
"Yeni Sabah" Fəraz-a istinadla xəbər verir ki, martın 4-də günortadan sonra İran paytaxı yaxınlığında vurulan təyyarənin İsrailə və ya ABŞ-yə məxsus olduğu hələlik məlum deyil.
"Sepah" mənbələri qırıcı təyyarənin Amerika "F-15"i olduğunu bildirib.
"Yedioth Ahronoth" nəşri qırıcı təyyarənin İsrailə yox, ABŞ-yə məxsus olduğunu iddia edib.
Bununla bərabər, "F-35" təyyarəsinin İrana məxsus "YAK-130" təlim təyyarəsini vurduğu iddia olunur.
Telegram kanalımız