AZ

İran hərbi gəmisinə sualtı qayıq hücumu - 100-dən çox adam itkin düşüb

Şri-Lanka sahillərində sualtı qayıq 180 heyət üzvünü daşıyan İran hərbi gəmisinə hücum edib, 100-dən çox adam itkin düşüb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Şri-Lanka hərbi dəniz qüvvələri və Müdafiə Nazirliyindəki mənbələrə görə, hücumdan sonra ən azı 101 nəfər itkin düşüb, daha 78 nəfər yaralanıb.

Yerli hakimiyyət orqanları əvvəllər “IRIS Dena” hərbi gəmisinin ölkə sahillərinə fəlakət siqnalı göndərdiyini bildiriblər. Daha sonra Şri-Lanka hərbi dəniz qüvvələri və hərbi hava qüvvələri dənizçiləri fəlakətə uğramış gəmidən xilas etmək üçün göndərilib.

Şri-Lankanın xarici işlər naziri Vijitha Herat parlamentdə çıxış edərkən fəlakət siqnalının çərşənbə günü səhər tezdən alındığını bildirib. O, gəmidə 180 nəfərin olduğunu və 30 dənizçinin Qalle limanındakı xəstəxanaya aparıldığını dəqiqləşdirib.

Görüş zamanı parlament üzvlərindən biri xarici işlər nazirindən hücumun ABŞ-İsrail əməliyyatının bir hissəsi olub-olmadığını soruşub, lakin ona cavab verilməyib.

Musavat.com

Seçilən
15
musavat.com

1Mənbələr