AZ

Mark Çempion: “İran ABŞ müharibəsinin tək qalibi Rusiyadır”

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ və İsrailin İrana qarşı başlatdığı birgə hərbi əməliyyatın "tək mübahisəsiz qalibi" Rusiya Prezidenti Vladimir Putin oldu. 

"Cebheinfo.az" xəbər verir ki, "Bloomberg" yazarı Mark Çempiona görə, bu münaqişə Moskvaya həm hərbi, həm də iqtisadi baxımdan bənzərsiz bir fürsət təqdim edir.

Mark Çempion ABŞ, İsrail və İran qarşıdurmasını dair təhlilində maraqlı faktlar ortaya qoyub. Onun fikrincə, İrana qarşı əməliyyat Kreml üçün mükəmməl bir zamanlamada gəlib:

"İranla müharibə Kreml üçün daha uyğun bir vaxtda başlaya bilməzdi. Bu qarşıdurma ABŞ və müttəfiqlərinin istehsalı illərlə davam edən raket və raketdən müdafiə sistemlərini tükətməsinə səbəb olur".

Çempionun təhlilində vurğuladığı ən kritik məqam ABŞ-nin İran əməliyyatının Ukraynaya edilən hərbi yardıma birbaşa təsir edəcəyi ilə bağlıdır:

"Bu vəziyyət Ukraynaya ediləcək hərbi yardımın, xüsusən də uzaqmənzilli raketlərin və hava hücumundan müdafiə sistemlərinin çatdırılmasının genişləndirilməsi ehtimalını azaldır".

ABŞ və müttəfiqlərinin Yaxın Şərqdə xərclədiyi hərbi sursat, Kiyevin Qərbdən tələb etdiyi, lakin ala bilmədiyi silahların eynisidir. Analitiklərə görə, bu vəziyyət Rusiyaya cəbhədə üstünlük qazandıra bilər.

Çempionun diqqət çəkdiyi digər mühüm başlıq qlobal enerji bazarlarıdır. İranın Hörmüz boğazını bağlaması və bölgədəki gərginlik neft qiymətlərini yuxarı qaldırıb:

"Hörmüz boğazında dəniz daşımalarına yönəlmiş təhdidlər səbəbindən qlobal neft qiymətlərinin yüksəlməsi Rusiyanın enerji gəlirlərini artırır və Moskva üzərindəki iqtisadi təzyiqi yüngülləşdirir".

Yüksək neft qiymətləri Rusiyanın müharibə büdcəsini maliyyələşdirməsini asanlaşdırarkən, Qərbin tətbiq etdiyi sanksiyaların təsirini də azaldır."Bloomberg"in təhlili Yaxın Şərqdəki münaqişənin Rusiyaya sağladığı üstünlükləri üç başlıqda ümumiləşdirir:

Hərbi sursat sərfi: ABŞ və müttəfiqləri İrana qarşı Ukraynaya göndərilməsi planlaşdırılan kritik müdafiə sistemlərini istifadə edir.

Diqqət və resursların dağılması: Vaşinqtonun fokus nöqtəsi Kiyevdən Tehrana sürüşərkən, Ukrayna ikinci plana düşmək riski ilə üz-üzədir.İqtisadi qazanc: Artan enerji qiymətləri Rusiyanın müharibə iqtisadiyyatını bəsləyir.

Çempion qeyd edir ki, Putin hazırda tam mənası ilə "müharibənin mərkəzindədir" və bu qarşıdurma ona strateji manevr sahəsi açıb. Rusiya lideri həm Ukrayna cəbhəsində irəliləməyə çalışarkən, həm də Yaxın Şərqdəki hadisələrdən maksimum fayda əldə etməyə can atır.

Analitik bildirir ki, Moskvanın İrana verdiyi siyasi dəstək də Tehran rəhbərliyi ilə münasibətləri gücləndirir və bu, uzunmüddətli perspektivdə Rusiyaya bölgədə yeni üstünlüklər qazandıra bilər.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
102
1
cebheinfo.az

2Mənbələr