AZ

ABŞ-İran savaşı dünya müharibəsinə çevriləcək? – REAL SSENARİ

Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik fonunda Fransanın Birləşmiş Ərəb Əmirlikləri səmasında İran dronlarını vurması və regiona əlavə hərbi qüvvə göndərməsi beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Böyük güclərin prosesə birbaşa müdaxiləsi fonunda hadisələrin regional çərçivəni aşaraq daha genişmiqyaslı qarşıdurmaya transformasiya olunub-olunmayacağı ilə bağlı narahatlıqlar artır. Xüsusilə, Qərb blokunun aktivləşməsi və İran ətrafında formalaşan hərbi-siyasi dinamika mövcud böhranın gələcək istiqaməti barədə suallar doğurur.

Bəs Fransanın bu addımları regiondakı gərginliyi qlobal münaqişə mərhələsinə daşıya və Üçüncü Dünya müharibəsi riskini real ssenariyə çevirə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, hazırda müşahidə olunan proseslər regional savaş xarakteri daşıyır və bunu qlobal müharibə kimi qiymətləndirmək tezdir.

Ermənistan

“Bu, regional savaşdır. Dünya müharibəsinə çevrilməsi üçün digər qlobal güclərin açıq şəkildə bu münaqişəyə daxil olması vacibdir. Hazırda isə biz daha çox Qərb blokunun regional çərçivədə birləşməsini görürük.

Regionda baş verənləri müəyyən mənada İran üzərində təsir və pay uğrunda mübarizə kimi də oxumaq olar. Qərbin birləşməsi İran dövlətində gələcək siyasi və iqtisadi düzəndə mövqe qazanmaq istəyi ilə əlaqələndirilə bilər.”

Şərhçi əlavə edib ki, hazırkı mərhələdə proseslərin Üçüncü Dünya müharibəsinə çevrilmə riski yüksək görünmür. Lakin gərginliyin idarəolunmaz həddə çatması və yeni aktorların münaqişəyə qoşulması vəziyyəti dəyişə bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
87
konkret.az

1Mənbələr