AZ

Emmanuel Makron ABŞ və İsrailin İrana hücumlarını “qanunsuz” adlandırdı

Fransa prezidenti Emmanuel Makron şənbə günü başlayan və Ali Rəhbər Əli Xameneinin ölümü ilə nəticələnən ABŞ-İsrail hücumlarının qanunsuz olduğunu və Paris tərəfindən təsdiqlənə bilməyəcəyini bildirib.

Makron bu açıqlamanı çərşənbə axşamı milli televiziyada verib. O, ABŞ və İsraili tənqid etsə də, Yaxın Şərqdəki gərginliyin məsuliyyətini yalnız İranın üzərinə qoyub. Lakin, “Politico”nun qeyd etdiyi kimi, bu cür tənqid Fransanın Vaşinqtonla münasibətlərini gərginləşdirə bilər, çünki Paris ABŞ və İsrail müttəfiqlərinin bölgədəki hərəkətlərini açıq şəkildə pisləyir.

//Samir Qurbanov, Editor.az

Seçilən
126
editor.az

1Mənbələr