AZ

Tramp Ağ Evdə söhbət zamanı Mertsi vurdu –KANSLERİN REAKSİYASI HAMINI TƏƏCCÜBLƏNDİRDİ

ABŞ Prezidenti Donald Trampın Almaniya Kansleri Fridrix Mertsi zarafatla vurması gündəm olub.

 

Gazeta.ru-nun xəbərinə görə, hadisə Almaniya Kanslerinin ABŞ Prezidenti Donald Trampla Ağ Evdə görüşü zamanı baş verib.

 

Xəbərə görə, Ağ Evdəki jurnalistlər Donald Trampdan ABŞ-ın Almaniya ilə necə davranmağı planlaşdırdığını soruşublar.

 

"Düşünürəm ki, biz onları çox, çox sərt şəkildə vurmalıyıq", - deyən ABŞ lideri gülüb və əli ilə yanında oturan Mertsin ayağına yüngül şapalaq vurub.

 

Almaniya kansleri isə həmkarının davranışına sakit reaksiya verib: gülümsəyib və başını yelləyib...




Seçilən
7
1
senzor.az

2Mənbələr