17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının martın 5-dən 10-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində təlim-məşq toplanışı olacaq.
QOL.az AFFA-ya istinadən xəbər verir ki, komandamız martın 11-də Avropa çempionatının seçmə mərhələsinin oyunları üçün Sloveniyanın Catez ob Savi şəhərinə yollanacaq. U-17 B Liqasının 3-cü qrupunda Sloveniya, Belçika və Farer adaları ilə qarşılaşacaq.
Millimizə toplanış üçün dəvət alan futbolçuların adlarını və seçmə mərhələ oyunlarının təqvimini nəzərinizə çatdırırıq:
|
| Ad/Soyad | Klub |
| 1 | İradə Əsədli | Şəfa |
| 2 | Süməyyə Əhməd | Ulduz |
| 3 | Aydan Abdullayeva | Sabah |
| 4 | Aysu Əsədova | Sabah |
| 5 | Ayan Abdiyeva | Liman |
| 6 | Xədicə Rəhimova | Neftçi |
| 7 | Zəhra İsmayılova | Şəfa |
| 8 | Məryəm Nuruzadə | Ulduz |
| 9 | Nuray Əzizova | Təhsil 8 İOEUGİM |
| 10 | Aylin Əliyeva | Ulduz |
| 11 | Xədicə Əlizadə | Liman |
| 12 | Nuray Qurbanova | Ulduz |
| 13 | Məryəm Səmədli | Sabah |
| 14 | Suel Polikarpova | Neftçi |
| 15 | Sara Səlimova | Neftçi |
| 16 | Fatimə Kərimli | Sabah |
| 17 | Dəniz Mikayıllı | Şəfa |
| 18 | Mehri Məmmədzadə | Sabah |
| 19 | Ebru Əmirova | Ulduz |
| 20 | Könül Hüseynova | Ulduz |
| 21 | Şəhanə Mirzəliyeva | Liman |
| 22 | Zəhra Abdullayeva | Ulduz |
12 mart
15:00. Belçika – Azərbaycan
Hakimlər: Veronika Vasilçenko (Ukrayna), İrina Qolyak (Ukrayna), Kaya Şkrban (Sloveniya), Tayda Xlebeç (Sloveniya)
Krşko, “Matiye Qubça” stadionu
15 mart
15:00. Sloveniya - Azərbaycan
Hakimlər:Oksana Kruç (Moldova), Natalya Çeban (Moldova), İrina Qolyak (Ukrayna), Veronika Vasilçenko (Ukrayna)
Brejitse şəhər stadionu
18 mart
15:00. Azərbaycan – Farer adaları
Hakimlər: Veronika Vasilçenko (Ukrayna), İrina Qolyak (Ukrayna), Kaya Şkrban (Sloveniya),Tayda Xlebeç (Sloveniya)
Krşko, “Matiye Qubça” stadionu