AZ

Türkiyə şirkətləri Azərbaycanın investisiya mühiti haqqında məlumatlandırılıb

Azərbaycanın Türkiyədə ticarət nümayəndəsinin aparatı və İstanbul Sənaye Palatasının dəstəyi ilə İstanbulda təşkil edilən iftar proqramında Türkiyənin aparıcı səhiyyə və əczaçılıq şirkətlərindən “Nobel İlaç”, “Set Medikal”, “Ali Raif İlaç”, “Kansuk Laboratuvarı”, “Octamed”, “Abdi İbrahim” və “Atabay İlaç” və s. özəl qurumların nümayəndələri iştirak ediblər.

Proqramda Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev ölkəmizin işgüzar mühiti, investorlar üçün yaradılan imkanlar haqqında məlumat verib.

Tədbirdə Azərbaycanda sərmayədarlara təqdim olunan təşviq və güzəştlər, eləcə də səhiyyə və əczaçılıq sektorunda əməkdaşlıq və investisiya perspektivləri barədə təqdimat keçirilib, iştirakçıların sualları cavablandırılıb.

Seçilən
20
vergiler.az

1Mənbələr