AZ

Azərbaycan regional və qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm aktora çevrilib - Azər Qarayev

Bakı. Trend:

Azərbaycan son illərdə regional və qlobal enerjitəhlükəsizliyinin təmin edilməsində mühüm aktora çevrilib. Xəzərhövzəsinin zəngin ehtiyatları, ardıcıl və praqmatik enerjisiyasəti, şaxələndirilmiş ixrac marşrutları və Avropa ilə stratejitərəfdaşlıq ölkəmizin bu sahədə rolunu daha da gücləndirib. BakıKonqres Mərkəzində keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl EnerjiMəşvərət Şuralarının iclasları da göstərdi ki, Azərbaycan artıqyalnız enerji istehsalçısı deyil, eyni zamanda etibarlı təchizatçıvə regional enerji mərkəzidir.

Bunu Trend-əpolitoloq Azər Qarayev deyib.

"Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsində xüsusi yertutur. Bu dəhliz vasitəsilə Azərbaycan qazı Gürcüstan və Türkiyəüzərindən Avropaya nəql edilir. Layihənin əsas hissələri olan TANAPvə Trans-Adriatik Boru Kəməri Cənubi Qafqazdan başlayaraq Avropanınenerji sisteminə birbaşa çıxış yaradır. Son illərdə qaz ixracınıncoğrafiyası genişlənib və Prezident İlham Əliyevin qeyd etdiyikimi: "Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrinsayı 16-ya çatıb". Bu göstərici Azərbaycanın enerjidiplomatiyasının və texniki imkanlarının real nəticəsidir.

Hazırda Azərbaycan qazı Avropa İttifaqının 10 üzv dövlətinəçatdırılır. Almaniya və Avstriyanın da təchizat siyahısınaqoşulması ölkəmizin Avropanın enerji balansında rolunu daha daartırıb. Dövlət başçısının vurğuladığı kimi: "Bu göstərici üzrəAzərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrinsayına əsasən dünyada birinci yerdədir". Bu, yalnız statistiküstünlük deyil, həm də etibarlılıq göstəricisidir", - obildirib.

Onun sözlərinə görə, Azərbaycanın qaz potensialı əsasənŞahdəniz, Azəri-Çıraq-Günəşli, Abşeron və Ümid yataqları hesabınaformalaşır.

"Yaxın illərdə bu yataqlardan əlavə 10-15 milyard kubmetr qazhasilatı gözlənilir. Lakin artan hasilat mövcud infrastrukturungenişləndirilməsini də zəruri edir. Prezident İlham Əliyevçıxışında bunu açıq şəkildə ifadə edib: "Çünki bu gün Cənub QazDəhlizi artıq tam yüklənmiş vəziyyətdədir". Bu reallıq yeniinterkonnektorların və ötürücü xətlərin yaradılmasını stratejiprioritetə çevirir", - o bildirib.

A.Qarayev qeyd edib ki, qazla yanaşı, Azərbaycan neft ixracındada mühüm mövqeyə malikdir.

"Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə Xəzər nefti Aralıqdənizi hövzəsinə və oradan dünya bazarlarına çıxarılır. Azərbaycannefti əsasən İtaliya, Türkiyə, İsrail, Almaniya, Böyük Britaniya,Fransa və İspaniya kimi Avropa ölkələrinə, həmçinin Asiyabazarlarına ixrac olunur. İtaliya uzun illərdir ki, Azərbaycanneftinin ən böyük alıcısı olaraq qalır. Ümumilikdə Azərbaycan neftionlarla ölkəyə çatdırılır və Avropa bazarı burada əsas payamalikdir. Ölkə eyni zamanda tranzit funksiyasını da genişləndirib.Qazaxıstan və Türkmənistan neftinin nəqli, Xəzərin şərqsahillərindən əlavə həcmlərin qəbul edilməsi üçün mövcudinfrastruktur Azərbaycanın regional enerji qovşağına çevrildiyinigöstərir. Bu, Avrasiya məkanında enerji axınlarının təhlükəsiz vəfasiləsiz təmin olunmasında mühüm rol oynayır.

Avropa İttifaqı ilə enerji sahəsində tərəfdaşlıq artıq stratejisəviyyəyə yüksəlib. Avropa Komissiyasının enerji üzrə nümayəndəsiDan Yorgensen Bakıda keçirilən iclasda Azərbaycan qazının Avropaenerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalacağını vurğuladı.Son illərdə Avropanın enerji mənbələrini şaxələndirməsi fonundaAzərbaycan sabit və proqnozlaşdırılan tərəfdaş kimi çıxış edib.Müqavilə öhdəliklərinə riayət olunması, siyasi sabitlik vəuzunmüddətli enerji strategiyası bu etimadı möhkəmləndirən əsasamillərdir", - o bildirib.

Politoloq vurğulayıb ki, bununla paralel olaraq Azərbaycanenerji keçidi prosesini də fəal şəkildə həyata keçirir.

"ACWA Power və Masdar ilə reallaşdırılan külək və Günəş elektrikstansiyaları ölkənin enerji balansında alternativ mənbələrin payınıartırır. 2032-ci ilə qədər 6–8 giqavat bərpaolunan enerji istehsalıplanlaşdırılır ki, bu da daxili istehlakda qazdan istifadəninazalmasına və ixrac potensialının genişlənməsinə imkan verəcək.Prezident İlham Əliyevin vurğuladığı kimi: "Beləliklə, qazıntıyanacağının və bərpaolunan enerji mənbələrinin vəhdəti, xüsusilə dəAzərbaycan kimi ölkələrin səylərinin yüksək qiymətləndirilməsi, -ölkənin öz qaz ehtiyatlarının 100 il üçün kifayət edə biləcəyihalda bərpaolunan enerji mənbələrinə milyardlarla sərmayəyatırması, - hesab edirəm ki, iş məhz belə aparılmalıdır". Buyanaşma Azərbaycanın enerji siyasətinin balanslı və praqmatikəsaslara söykəndiyini göstərir", - o bildirib.

A.Qarayev qeyd edib ki, Azərbaycan bu gün həm 16 ölkəyə qazixrac edən, həm Avropa İttifaqının 10 üzv dövlətinin qaztəchizatçısı olan, həm də onlarla ölkəyə neft ixrac edən mühümenerji ölkəsidir:

"Ölkə eyni zamanda regional tranzit mərkəzinə çevrilib vəparalel şəkildə yaşıl enerji keçidini həyata keçirir. Bütün bufaktorlar Azərbaycanın Avropa və ümumilikdə Avrasiya məkanındaenerji təhlükəsizliyinin təmin edilməsində strateji və uzunmüddətliəhəmiyyət daşıdığını göstərir".

Məqalədə:
Seçilən
23
1
az.trend.az

2Mənbələr