AZ

AİB "Xəzər Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırılmasını işə salıb (FOTO)

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycan, Qazaxıstan və Özbəkistanhökumətləri ilə birgə martın 4-də Bakıda “Xəzər Yaşıl EnerjiDəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırılması üzrəbaşlanğıc seminarı (Stage 1 Feasibility Study) keçirib.

Bu barədə Trendbanka istinadən məlumat verir.

Seminar Xəzər regionu ölkələri arasında regional elektrikenerjisi şəbəkəsinin yaradılması imkanlarının araşdırılmasınınbirinci mərhələsinə hazırlıq baxımından əsas mərhələ olub.

Tədbir dəyirmi masa və potensialın artırılması üzrə təlimformatında təşkil olunaraq yüksək vəzifəli dövlət rəsmilərini,ötürücü sistem operatorlarını, enerji və telekommunikasiyatənzimləyicilərini, inkişaf tərəfdaşlarını və texniki ekspertləribir araya gətirib. İştirakçılar ilkin mərhələnin nəticələrinimüzakirə edib, ilkin qənaətləri nəzərdən keçirib vətexniki-iqtisadi əsaslandırmanın hazırlanmasına dəstək məqsədiləanalitik yanaşmalar üzrə razılığa gəliblər.

“Xəzər Yaşıl Enerji Dəhlizi” təşəbbüsü Xəzər regionunda bərpaolunan enerji ticarətini təşviq edəcək və gələcəkdə Avropa enerjibazarları ilə potensial inteqrasiyanı mümkün edəcək regionalelektrik interkonnektorunun yaradılmasına yönəlib. Araşdırma2025-ci ilin aprelində imzalanmış Anlaşma Memorandumuna əsaslanırvə rəsmi olaraq 2026-cı ilin fevralında işə salınıb.

Seminar çərçivəsində iştirakçılar tələbatın proqnozlaşdırılması,generasiya, bərba olunan enerji inteqrasiyası ssenariləri, şəbəkətədqiqatları və sualtı kabel konsepsiyaları daxil olmaqlabirləşdirmə variantlarının planlaşdırılması sahəsində texnikibiliklərini gücləndiriblər. Həmçinin telekommunikasiya vəsistemlərin istismarı məsələləri, normativ-hüquqi aspektlər vəlayihənin təklif olunan icra planı müzakirə olunub.

Seminar “Stage I Feasibility Report”un hazırlanması üçün məlumattələbləri, vaxt cədvəli və növbəti addımlar, eləcə də araşdırmanınikinci mərhələsinə hazırlıq üzrə razılaşma ilə yekunlaşıb.

AİB araşdırmanın həyata keçirilməsini Asiya İnfrastrukturİnvestisiya Bankı və CAREC Proqramı çərçivəsində layihəməsləhətçiləri ilə birgə dəstəkləyir. Proqram regional əməkdaşlığıngücləndirilməsinə və dayanıqlı energetikanın inkişafınayönəlib.

AİB
AİB
AİB
AİB
AİB
Məqalədə:
Seçilən
126
1
az.trend.az

2Mənbələr