AZ

“Bəzən sadəcə, onu izləmək üçün dayanırdıq” - Zidan Ronaldo haqda

“Real”ın və “Yuventus”un sabiq futbolçusu Zinəddin Zidan, keçmiş komanda yoldaşı olmuş braziliyalı hücumçu Ronaldo haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, “Ekip”-ə danışan fransalı keçmiş futbolçu bunları deyib:

“O, əsl futbol fenomeni idi. Çoxu belə düşünür, təkcə mən yox. O, unikal oyunçu idi.

Ronaldo bütün keyfiyyətlərə malik idi və məşq zamanı inanılmaz işlər görürdü.

Bəzən biz sadəcə, onu izləmək üçün dayanırdıq. Onun topa fantastik nəzarəti var idi”.

Ronaldo 2002-ci ildən 2007-ci ilə qədər “Real”ın formasını geyinib. O, Braziliya millisində 98 oyun keçirib və 62 qol vurub.

Seçilən
45
sportinfo.az

1Mənbələr