AZ

“Qatar Energy” şirkəti fors-major elan edib

Yazını böyüt
Yazını kiçilt

“Qatar Energy” şirkəti fors-major elan edib. Bu addım mayeləşdirilmiş təbii qazın (LNG) və onunla əlaqəli məhsulların istehsalının dayandırılmasından sonra atılıb.

Hafta.az xəbər verir ki, “QatarEnergy” yaydığı bəyanatda qeyd edib ki, bütün müştərilərlə münasibətlərini yüksək qiymətləndirir.

Qətər mayeləşdirilmiş təbii qazın (LNG) ixracına görə dünyada ikinci yeri tutur (qlobal bazarın təxminən 20 faizi). 2022-ci ildən sonra Avropaya, həmçinin Asiyaya (Çin, Yaponiya, Hindistan) bu məhsulun əsas tədarükçülərindən biridir. Fors-major halı bərpa dövrü ərzində şirkəti müqavilə öhdəliklərindən azad edir.

Qeyd edək ki, martın 2-də şirkət Ras Laffan və Museyid ərazilərindəki obyektlərinə edilən hücumlar səbəbindən LNG və əlaqəli məhsulların istehsalının dayandırdığını elan edib. Martın 3-də isə qaz emalı məhsullarının, o cümlədən karbamid, metanol və polimerlərin istehsalının da dayandırıldığı açıqlayıb./azertac/

Seçilən
85
1
hafta.az

2Mənbələr