AZ

Oğuzda şəhid Nail İbrahimlinin doğum günü qeyd olunub

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Oğuz, 4 mart, AZƏRTAC

Bu gün Vətən Müharibəsi Qəhrəmanı, Oğuz rayonunda doğulub boya-başa çatan şəhid Nail İbrahimlinin doğum günüdür. Doğum günündə onun əziz xatirəsinə həsr olunan “Bu dağların Naili” kitabınin ilk nüsxələri ailəsinə və xatirə gecəsinə toplaşanlara paylanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Xaçmaz kənd Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Daha sonra tədbir M.F.Axundzadə adına Xaçmaz kənd 1 saylı tam orta məktəbin akt zalında davam etdirilib.

Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Şəki- Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, YAP Oğuz rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və qazilər, eləcə də ictimaiyyət nümayəndələri, təhsil işçiləri, şagirdlər iştirak ediblər.

Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.

Kitabın müəllifi Vüsal Oğuz çıxış edərək, nəşrin məqsədi barədə məlumat verib. Bildirib ki, kitabda Nail İbrahimlinin həyat və döyüş yolu, eləcə də onu tanıyanların xatirələri yer alıb.

Çıxış edənlər bu kimi tədbirlərin keçirilməsinin əsas məqsədinin məhz gənclər arasında milli ideyaların, dövlətçilik ənənələrinin, qəhrəman şəhidlərimizin təbliği istiqamətində atılan mühüm addımlardan olduğu diqqətə çatdırılıb.

Tədbirin sonunda şəhidin valideyinləri - atası Nəriman və anası Aqibət İbrahimovlar çıxış edərək şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıb, kitabı ərsəyə gətirən müəllifə təşəkkürlərini bildiriblər.

Daha sonra kitab iştirakçılara paylanılıb.

Müxbir- Rasim İslamoğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
50
azertag.az

1Mənbələr