AZ

Hakim qərarlarına görə liqanı tərk etdilər

style='margin-bottom:10px;'>

Türkiyənin Bölgə Liqasında mübarizə aparan "Eflanispor" klubu çempionatla bağlı gözlənilməz qərar qəbul edib.

QOL.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, klubun prezidenti İrfan Topçu mövsümün əvvəlindən bəri davam edən hakim səhvlərinə etiraz olaraq liqadan çəkilmək qərarına gəldiklərini açıqlayıb.

Klubun yaydığı rəsmi bəyanata əsasən, meydandakı ədalətsiz idarəçilik və verilən vədlərin yerinə yetirilməməsi bu addımın atılmasına səbəb olub. "Eflanispor" rəhbərliyi hüquqlarını fərqli platformalarda qorumağa davam edəcəklərini vurğulayıb.

Qeyd edək ki, "Eflanispor" 18 oyundan sonra topladığı 16 xalla turnir cədvəlinin 11-ci pilləsində yer alırdı.

Seçilən
11
1
teleqraf.com

2Mənbələr