Bu gün Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab oyunu keçiriləcək.
Fanat.Az xəbər verir ki, ikinci yarımfinalçı "Qarabağ" ilə "Şamaxı"nın duelində müəyyənləşəcək.
Tərəflər Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcəklər. Görüşün start fiti saat 19:00-da səslənəcək.
Şamaxıda baş tutan ilk matçda 2:1 hesablı qələbə qazanan Ayxan Abbasovun baş məşqçisi olduğu komanda üstünlüyünü qorumağa və yarımfinala adlamağa çalışacaq.
Qeyd edək ki, Bizon Azərbaycan Kubokunun ilk yarımfinalçısı "Zirə" olub. Digər oyunlar martın 5-də keçiriləcək.
Bizon Azərbaycan Kuboku
1/4 final
4 mart
“Qarabağ” – “Şamaxı” 1:0 (1-ci hissə)
Qol: E.Addai, 6.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.
(ilk oyun - 1:2).
“Qarabağ”: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 8. Marko Yankoviç, 20. Kadi Borqes, 2. Mateus Silva, 18. Dani Bolt, 15. Leandro Andrade, 11. Emmanuel Addai, 24. Jeremi Qnali.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 9. Joni Montiel, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Baş məşqçi: Qurban Qurbanov.
“Şamaxı”: 1. Rikardo Fernandes (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 48. Ramiz Muradov, 77. Nihat Mehralıyev, 90. Davud Mənsumov, 10. Andrey Tirkoveanu, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Ayxan Abbasov.