AZ

"Qalatasaray" Barış üçün fantastik məbləğ tələb etdi

“Yuventus” klubu “Qalatasaray”ın futbolçusu Barış Alper Yılmazın xidmətində maraqlıdır. Metbuat.az xəbər verir ki, İtaliya nəhəngi futbolçunu transfer siyahısına əlavə edib. "Türkiye Gazetesi"nin məlumatına görə, “Yuventus” rəhbərliyi Çempionlar Liqası çərçivəsində “Qalatasaray”la oyunda Barış Alper Yılmazın oyununu bəyənib. Türkiyə nəhənginin futbolçu üçün 50 milyon avro tələb etdiyi iddia edilir.

Qeyd edək ki, mövsümün əvvəlində “Qalatasaray” Səudiyyə Ərəbistanı klubu NEOM-un Barış Alper Yılmaz üçün 40 milyon avroluq təklifini rədd etmişdi.

Seçilən
6
metbuat.az

1Mənbələr