“Əl-Nəsr” və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo əzələ zədəsi alıb və ən azı iki-dörd həftə oynaya bilməyəcək.
Publika.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabritsio Romano yayıb.
Ronaldo zədə səbəbindən Portuqaliya millisinin qarşıdan gələn təlim-məşq toplanışında iştirak edə bilməyəcək. Komanda təlim-məşq toplanışı zamanı Meksika və ABŞ ilə yoldaşlıq oyunları keçirməyi planlaşdırır.
41 yaşlı portuqaliyalı futbolçu tezliklə əlavə tibbi müayinələrdən keçəcək və bu müayinələr dəqiq sağalma müddətini müəyyən edəcək.