Bakı. Trend:
Azərbaycan və Birləşmiş Krallıq arasında süni intellekt,kibertəhlükəsizlik və texnologiya istiqamətlərində əməkdaşlığınperspektivləri müzakirə edilib.
Trend xəbərverir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyatnaziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.
"Londonda Böyük Britaniyanın Azərbaycan üzrə ticarət elçisi,Lordlar Palatasının üzvü Lord Con Alderdays ilə görüş keçirdik.
Görüş zamanı Azərbaycan və Birləşmiş Krallıq arasında StratejiTərəfdaşlıq Sazişi çərçivəsində süni intellekt, kibertəhlükəsizlikvə texnologiya istiqamətlərində əməkdaşlığın perspektivlərinimüzakirə etdik.
Eyni zamanda fiziki və rəqəmsal bağlantıların genişləndirilməsi,süni intellekt əsaslı data mərkəzlərinə sərmayə imkanları,rəqabətədavamlı enerji resursları, nəqliyyat infrastrukturununinkişafı, Böyük Britaniya universitetləri ilə birgə kadr hazırlığıproqramlarının həyata keçirilməsi məsələləri ilə bağlı fikirmübadiləsi apardıq", - paylaşımda qeyd edilib.