AZ

"TəhsilPlus" kartları ilə bağlı əməkdaşlıq sənədləri imzalandı - FOTO

Təhsilin İnkişafı Fondu ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq sənədləri imzalanıb. İmzalanmış sənədlər “TəhsilPlus” kartının təhsilin bütün pillələrində tətbiqinin təmin olunmasına xidmət edir.

Redaktor.az xəbər verir ki, imzalanma mərasimi “TəhsilPlus kartı: təhsil işçiləri üçün yeni imkanlar” adlı tədbirdə baş tutub.

Sonda 2022-2025-ci illərdə keçirilmiş sertifikatlaşdırma imtahanlarında maksimum nəticə (60/60 bal) göstərmiş 10 müəllimə “TəhsilPlus” kartları təqdim olunub. Müxtəlif fənlər üzrə Bakı şəhəri və Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin müəllimləri kartın ilk istifadəçiləri olublar.

 

22
Seçilən
14
1
redaktor.az

2Mənbələr