AZ

Ağ, yoxsa qəhvəyi? Yumurta ilə bağlı KONKRET

ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bir çox hallarda belə informasiyalar tirajlanır, amma elmi baxımdan əsaslı deyil. Yumurta qabığının rəngi əsasən toyuğun cinsindən asılıdır. Yəni bəzi cinslər ağ, bəziləri qəhvəyi yumurta verir. Qabığın rənginə görə yumurtanın daha qidalı, ya daha təmiz olmasını demək düzgün olmaz. Fərqi yaradan rəng yox, daha çox toyuğun yemlənməsi, saxlanma şəraiti və yumurtanın təzəliyidir. Bəzən qəhvəyi yumurta daha baha satılır. Bir çoxlarımızda belə təsəvvür yaranır ki, bahadırsa deməli yaxşıdır. Halbuki qiymət çox vaxt istehsal xərcləri, cinsin məhsuldarlığı, logistika, brend kimi faktorlardan asılı olur. Ola bilər ki, yumurtanın qəhvəyi rəngi kənd yumurtası görüntüsü yaradır. Əslində bu belə deyil. Bəzən də sarının tünd olması da çoxumuzda vitaminlidir fikri yaradır. Sarının rəngi isə adətən yem rasionundan asılıdır”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında qida məsələləri üzrə ekspert Asim Vəliyev səsləndirib.

“Yumurta alarkən istehsal, son istifadə tarixinə, yumurtanın soyuducuda saxlanmasına diqqət etməliyik. Qabığının vəziyyəti də vacibdir. Çat, sınıq, kirli, xüsusən nəcis izi olan qabıq riskdir. Qabıq zədəlidirsə, mikroorqanizmlər daha asan keçə bilir. İstehsalçı məlumatı, partiya nömrəsi, izlənə bilən məhsul daha güvənlidir. Evdə istifadə edərkən yumurtanı yuduqdan sonra saxlamamaq daha yaxşıdır. Yumaq qabığın üzərindəki təbii qoruyucu təbəqəni zəiflədə bilir. Nəticədə daxili çirklənməyə səbəb olur.”.

Ekspert qeyd edib ki, təzə yumurtalarda hava boşluğu kiçikdir.

“Yumurta köhnəldikcə su itirir və bu hava kamerası böyüyür. Yumurtanı su dolu qaba qoysaq, dibə çökən təzə, suyun üzünə çıxan isə köhnə olduğunun əlamətidir.

Yumurta qabığında görünməyən nəcis qalıqları ola bilir. Yumurtaya toxunduqdan sonra mütləq əllərimizi yumalıyıq. Əks təqdirdə bakteriyaları çörəyə, ya qidalara keçirə bilərik”.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
98
1
konkret.az

2Mənbələr