AZ

Xizək alpinizmi üzrə Avropa çempionatında ilk günün qalibləri mükafatlandırıldı

Şahdağda keçirilən xizək alpinizmi üzrə Avropa çempionatında ilk günün qalibləri mükafatlandırılıb.

Fanat.Az xəbər verir ki, qaliblərə medallar və simvolik hədiyyələr təqdim olunub.

U-18 kateqoriyası üzrə sprint yarışlarında kişilər arasında Fransijek Yopek (Çexiya) birinci, Matey Petre (Rumıniya) ikinci, Adam Hubaç (Slovakiya) üçüncü yerə layiq görülüblər. Bu yaş kateqoriyasında Azərbaycan təmsilçilərindən Nurid Şəkərəliyev 5-ci yeri tutduğu üçün həvəsləndirici mükafat alıb.

Qadınların mübarizəsində Nuria Noqueyra (İspaniya) qızıl, Antonina Rakuş (Polşa) gümüş, Nataliya Bobrovska (Polşa) bürünc medalla mükafatlandırılıblar.

U-20 kateqoriyasında isə kişilər arasında Aaron Alvares (İspaniya) finişə birinci, Marek Foltin (Çexiya) ikinci, Morits Bauregger (Almaniya) üçüncü çatıb. Qadınlarda Helena Öringer (Almaniya) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Emma Albrext (Avstriya) gümüş, Klara Velepeç (Sloveniya) bürünc mükafata sahib çıxıblar.

Böyüklərin sprint yarışında kişilər arasında rusiyalı Nikita Filippov bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ilk pilləsinə qalxıb. Tomas Bussar (İsveçrə) ikinci, Martines Ferrer (İspaniya) üçüncü yeri tutub.

Qadınların mübarizəsində isə Marianne Fatton (İsveçrə) Avropa çempionu olub. Julia Murada (İtaliya) gümüş, Tatyana Paller (Almaniya) bürünc medal qazanıblar.

Seçilən
6
fanat.az

1Mənbələr